BDYPİ Bakı-Quba yolunda tıxacla bağlı açıqlama yayıb
Cəmiyyət
23:18 04 dek, 2022
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda tıxacla bağlı açıqlama yayıb.
İdarədən Qazet.az-a daxil olan açıqlamada deyilir k, həftəsonu dağlıq ərazilərə qar yağması ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqamətlərinə səfərlər edib və bu gün axşam saatlarında Bakıya qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib.
Hazırda BDYPİ tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək.
"Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib", - açıqlamada bildirilir.