Bədbəxt hadisə nəticəsində fəhlə iş yerində öldü
Hazırda fakt üzrə istintaq aparılır
Dünən axşam saat 21 radələrində Qaradağ rayonunda yerləşən kərpic istehsalı ilə məşğul olan “AAC” MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimov iş yerində ölüb.
Respublika prokurorluğundan Qazet.az-a verilən məlumata görə, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulmuş quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
“AAC” MMC şirkəti “gobustone” markası altında məsaməli beton bloklar və əhəng istehsal edir.