Bədəndə "piyləri yandıran" və orqanları təmizləyən çay resepti- HAZIRLANMA QAYDASI
İmmunitet sistemini gücləndirən bu möcüzəvi çay resepti ilə 1 həftəyə 3 kiloya qədər arıqladır
Bu çayın tərkibindəki faydalı mikroelementlər həm qan dövranını sürətləndirəcək, həm də orqanlarınızı təmizləyərək daha sağlam bədənə çatmağınıza kömək edəcək.
İmmunitet sistemini gücləndirən və maddələr mübadiləsini sürətləndirən bu çay resepti ilə 1 həftəyə 3 kiloya qədər arıqlaya bilərsiniz!
Yağ “yandıran” çayı necə hazırlamaq olar?
Qazet.az sizlərə Detox reseptini təqdim edir ( qəbul etnəzdən öncə terapevtinizlə məsləhətləçin):
2 xörək qaşığı yaşıl çay
4 ədəd mixək
1 limonun suyu
1 çubuq darçın
təzə zəncəfil parçası
1 şüşə mineral su (sadə, qazsiz)
1 litr su
Hazırlanması :
1: Çaydanda 1 litr su qaynadın. 2: Sonra yaşıl çay əlavə edin, qapağı bağlayın və 10 dəqiqə dəmləyin.
3: Digər inqridiyetləri böyük bir qrafinə yerləşdirin və sonra yaşıl çay əlavə edin.
Son addım: Çayınız içilməyə hazırdır!
Qeyd: Xüsusilə səhərlər acqarına ən azı 2 stəkan içmək faydalı olur. Bu çayı gün ərzində sadə qəlyanaltılarla içə bilərsiniz.
Məsələn; 1 stəkan detox çayı və yarım alma, yaxud 2 qoz və 5 badamla bir ara yeməyi kimi hesab edə bilərsiniz. Axşam yatmazdan əvvəl 2 stəkan da möcüzəli çayınızdan içərək rahat yuxulaya bilərsiniz.
Nuş olsun, sağlam olun.Qazet.az xoş günlər arzu edir!