Bakı 26˚C Intermittent clouds

BƏƏ-də təyyarə qəzaya uğradı - 4 nəfər öldü

Gündəm 19:48 02 okt, 2021

BƏƏ-də təyyarə qəzaya uğradı

BƏƏ-də təyyarə qəzaya uğradı - 4 nəfər öldü

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə sanitar aviasiya təyyarəsinin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.

Qazet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Ölənlərin təyyarənin texniki heyət üzvləri və təyyarədə olan tibb işçiləri olduğu bildirilir.

Qəzanın səbəbi və təyyarədəki sərnişinlərin dəqiq sayı barədə məluat verilmir.