BƏƏ Prezidenti Rusiyaya gedir
Gündəm
20:30 10 okt, 2022
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Bin Zayed Əl Nəhyan sabah Rusiyaya səfər edəcək.
Qazet.az xəbər verir ki, bu barədə BƏƏ-nin dövlətə məxsus WAM xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, o, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Peskovun sözlərinə görə, Putin və Əl Nəhyan təkbətək formatda ikitərəfli danışıqlar olacaq.