BƏƏ və İran XİN başçıları arasında telefon danışığı olub
Gündəm
19:10 11 noy, 2021
İkitərəfli əlaqələr müzakirə olunub.
BƏƏ-nin xarici işlər nazirinin iranlı həmkarı ilə telefon danışığı olub.
Qazet.az BƏƏ-nin rəsmi mənbələrinə istinadən xəbər verir ki, bugün BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zayed Al Nəhyan ilə Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.
Tərəflər arasındakı dialoqda ikitərəfli münasibətlərin, birgə əməkdaşlıq sahələrinin, müştərək mənafelərə uyğun əlaqələrin genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.