Bakı 22˚C Mostly sunny

Bəhreyn aviaşirkəti Azərbaycana uçuşları bərpa edir

Gündəm 15:30 23 dek, 2021

Hazırda mövcud uçuşlar pandemiyadan əvvəlki reyslərin təxminən 80%-i qədərdir və tam göstəriciyə nail olmaq üçün müxtəlif ölkələrin hökumətləri ilə sıx əməkdaşlıq edilir

Bəhreyn aviaşirkəti Azərbaycana uçuşları bərpa edir

Bəhreynin milli aviadaşıyıcısı “Qulf Eyr” gələn il yanvarın 6-dan Azərbaycana uçuşları bərpa edəcək.

Qazet.az xəbər verir ki, aviareyslər həftədə 2 dəfə Bəhreynin paytaxtı Manamadan Bakıya həyata keçiriləcək.

Aviaşirkətdan bildirilir ki, hazırda mövcud uçuşlar pandemiyadan əvvəlki reyslərin təxminən 80%-i qədərdir və tam göstəriciyə nail olmaq üçün müxtəlif ölkələrin hökumətləri ilə sıx əməkdaşlıq edilir.