Bekhemin rekordu təkrarlandı
İdman
10:10 30 noy, 2022
İngiltərə millisinin kapitanı Harri Keyn yığmanın sabiq üzvü Devid Bekhemin rekordunu təkrarlayıb.
Qazet.az xəbər verir ki, 29 yaşlı hücumçu qrup mərhələsində 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2002-ci ildə keçirilən mundialda Bekhem də üç assist müəllifi olub.
Qeyd edək ki, 7 xalla qrup lideri olan İngiltərə 1/8 finalda Seneqalla üz-üzə gələcək.