Bakı 1˚C Cloudy

Belarus millisinin sabiq futbolçusu reanimasiyaya yerləşdirilib

Gündəm 18:55 11 noy, 2021

Bu barədə 42 yaşlı veteran yarımmüdafiəçinin həyat yoldaşı Nadejda Kovba paylaşım edib

Belarus millisinin sabiq futbolçusu reanimasiyaya yerləşdirilib

Belarus millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun sabiq futbolçusu Denis Kovba koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Qazet.az-ın məlumatına görə, bu barədə 42 yaşlı veteran yarımmüdafiəçinin həyat yoldaşı Nadejda Kovba paylaşım edib.

Ərinin durumunun ağır olduğunu yazan xanım izləyicilərindən onun üçün dua etmələrini istəyib.

Qeyd edək ki, peşəkar karyerası ərzində 260 oyun keçirmiş Denis Kovba 8 qol vurub və 10 məhsuldar ötürmə edib. O, 2004-cü ildə "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasının bürünc medallarını qazanıb. Keçmiş futbolçu ölkəsinin "Lokomotiv" (Vitebsk), Ukraynanın "Zvezda" və "Aleksandriya", Çexiyanın "Sparta" (Praqa) və Rusiyanın "Ximki" klublarının da formasını geyinib.