Bakı 20˚C Sunny

Belarus Rusiyadan 1 milyard $-dan çox məbləğdə silah alacaq

Gündəm 20:14 12 sen, 2021

“Hazırda Belarusun qərb istiqaməti S-300 kompleksləri ilə tamamilə bağlıdır."

Belarus Rusiyadan 1 milyard $-dan çox məbləğdə silah alacaq

Belarus Rusiyadan 1 milyard dollardan çox məbləğdə silah almağı planlaşdırır, respublikaya S-400 komplekslərinin tədarük perspektivləri müzakirə olunur.

“Qazet.az” “ria.novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda Belarusun qərb istiqaməti S-300 kompleksləri ilə tamamilə bağlıdır. Amma bizim cənub istiqamətimiz əlavə olunub”, - “Belarus seqodnya” nəşri dövlət başçısının sözlərini sitat gətirir.

Lukaşenko qeyd edib ki, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqların ikinci hissəsində müdafiə və təhlükəsizlik məsələlərinə böyük diqqət ayrılıb.

Onun sözlərinə görə, Putin ona ballistik raketlərlə işləyə biləcək daha müasir S-500 kompleksləri barədə də danışıb.

“RF Prezidenti müdafiə nazirinə tapşırıq verdi ki, bu kompleksləri  bizə tədarükü üçün bizimkilərlə bu məsələləri işləyib hazırlasınlar”, - Lukaşenko deyib.