Bakı 24˚C Windy

Belarus “turistlərin” Aİ-yə daxil olmasına necə kömək edir?

Gündəm 11:44 22 okt, 2021

Hazırda Baltikyanı ölkələr, Polşa və Almaniyada ən azı 10 min miqrant həbsdədir

Belarus “turistlərin” Aİ-yə daxil olmasına necə kömək edir?

Belarus miqrantlara turist vizası təklif edərək öz sərhədindən keçməyə kömək etməklə Aİ sanksiyalarının qisasını almaqda ittiham olunur. 

Qazet.az xəbər verir ki, bu barədə BBC kanalı araşdırma aparıb. Onlar Almaniyaya çatmağa çalışan bir qrupu yol boyunca izləyib.

Belarus prezidenti Lukaşenko ölkəsinin qapılarını açdıqdan sonra neçə nəfərin təyinat yerinə (Avropa İttifaqı) çatdığını bilmək çətindir.

Belarus miqrantlara yalan vəd verərək onları Avropa İttifaqına qanuni giriş edəcəklərinə inandırmasını və digər ittihamları təkzib edərək sərhəddəki vəziyyətə görə Qərb siyasətçilərini günahlandırır.

Hazırda Baltikyanı ölkələr, Polşa və Almaniyada ən azı 10 min miqrant həbsdədir. 


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.