Belarusda teraktlarla əlaqədar 20 nəfər saxlanıldı
Onun sözlərinə görə, əməliyyat parlamentin deputatı Oleq Qaydukeviçin evi də daxil olmaqla, paytaxtda bir neçə sosial obyektdə planlaşdırılan hücumlarla əlaqədardır.
Belarusda terror aktları ilə bağlı aparılan cinayət işi çərçivəsində 20-dən çox şəxs saxlanılıb.
Qazet.az xəbər verir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin rəhbərinin müavini Konstantin Bıçek deyib.
Onun sözlərinə görə, əməliyyat parlamentin deputatı Oleq Qaydukeviçin evi də daxil olmaqla, paytaxtda bir neçə sosial obyektdə planlaşdırılan hücumlarla əlaqədardır.
Qeyd edək ki, iyulda Qaydukeviç bildirib ki, naməlum şəxs gecə saatlarında onun evinə üç "Molotov" kokteyli atıb. Əməliyyat-axtarış tədbirləri zamanı şəhərdə bir neçə terror hücumu planlaşdıran şəxslər müəyyənləşdirilərək istintaqa təhvil verilib.