Belarusdan Polşaya qanunsuz keçmək cəhdləri davam edir
Qeyd edək ki, Polşa-Belarus sərhədində miqrant böhranı noyabrın 8-də, minlərlə qaçqın həmin əraziyə toplaşanda gərginləşib
Miqrantlar Belarusdan Polşa ərazisinə qanunsuz keçmək cəhdlərini davam etdirirlər.
Qazet.az-ın xəbərinə görə, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb. Dekabrın 8-də bu ölkənin Belarusla sərhədini keçməyə 80 cəhd qeydə alınıb. Müdafiə nazirliyinin yaydığı məlumata görə, mühacirlər özlərini aqressiv aparır, əsgərlərə hücum edirlər. 23 miqrant barəsində ölkədən çıxarılma qərarı verilib.
Qeyd edək ki, Polşa-Belarus sərhədində miqrant böhranı noyabrın 8-də, minlərlə qaçqın həmin əraziyə toplaşanda gərginləşib. İl ərzində Polşa sərhədçiləri 40 mindən çox sərhədi qanunsuz keçmə cəhdinin qarşısını alıblar. Bu, ötən illə müqayisədə 400 dəfə çoxdur.