Belarusun Nyu-Yorkdakı Baş konsulluğu bağlanıb
Siyasət
14:23 20 okt, 2021
Bu barədə Belarusun Baş naziri Roman Qolovçenko qərar imzalayıb
Belarusun Nyu-Yorkdakı Baş konsulluğu fəaliyyətini dayandırıb.
Qazet.az-ın “Belta” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarusun Baş naziri Roman Qolovçenko qərar imzalayıb.
Qərara əsasən, Belarusun ABŞ-ın Nyu-York şəhərindəki Baş konsulluğu 20 oktyabr 2021-ci ildən fəaliyyətini dayandırır.
Rəsmi Minsk bir müddət əvvəl Amerika tərəfinin Baş konsulluğun bağlanması tələbi irəli sürdüyünü açıqlamışdı.