Belçika iki nüvə reaktorunun istismar müddətini uzadıb
Gündəm
08:43 10 yan, 2023
Belçika hakimiyyəti Fransanın “Engie” şirkəti ilə iki nüvə reaktorunun istismar müddətini 10 il uzatmaq barədə razılığa gəlib.
Qazet.az xəbər verir ki, bunu Brüsseldə krallığın baş naziri Aleksandr De Kroo bildirib.
Onun sözlərinə görə, xüsusi nazirlər komitəsi “Engie” şirkəti ilə “Tihange 3” və “Doel 4” reaktorlarının istismarının 10 il uzadılmasına dair razılaşmanı təsdiqləyib.