Bakı 10˚C Sunny

Belçikada insanlar korona məhdudiyyətlərinə etiraz edirlər

Gündəm 11:45 22 noy, 2021

Etirazçılar “Azadlıq, azadlıq!” şüarını səsləndiriblər

Belçikada insanlar korona məhdudiyyətlərinə etiraz edirlər

Belçikada COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan yeni məhdudiyyətlərə insanlar etiraz edir.

Qazet.az xəbər verir ki, dünən korana virusa görə ictimai qadağaların sərtləşdirilməsi səbəbindən insanlar Brussel küçələrinə axışıblar.

Qəzəblənmiş kütlə zibil qutularını yandırıb və polisə müxtəlif əşyalar atıb.

Təhlükəsizlik qüvvələri də gözyaşardıcı qazlardan və su maşınlarından istifadə etməklə etirazçıları dağıdıb.

Belçika polisindən verilən məlumata görə etirazlar nəticəsində 40 nəfər saxlanılıb, 3 nəfər polis olmaqla 4 nəfər yaralanıb.