Bakı 5˚C Mostly cloudy

Belçikada yük maşını kafeyə çırpıldı - yaralılar var

Xəbərlər 05:11 27 avq, 2022
Belçikada yük maşını kafeyə çırpıldı - yaralılar var

Belçikanın paytaxtı Brüsselin mərkəzi hissəsində yük maşını açıq kafenin ərazisinə daxil olub.

"Qazet.az" xəbər verir ki, hadisə nəticəsində altı nəfər xəsarət alıb.

İnsidentdən sonra sürücü hadisə yerindən uzaqlaşıb. Hazırda həmin şəxsin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.