Belçikadakı səfirliyimiz erməni hücumu ilə bağlı xəbərdarlıq etdi
Siyasət
12:58 21 sen, 2022

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.
Qazet.az-ın məlumatına görə, bu barədə səfir tviter səhifəsində yazıb.
“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”, - o vurğulayıb.