Bakı 14˚C Intermittent clouds

Belçikalı velosipedçi dünya çempionu olub

Gündəm 14:09 25 sen, 2022
Belçikalı velosipedçi dünya çempionu olub

Avstraliyanın Vollonqonq şəhərində şose velosipedi üzrə dünya çempionatı başa çatıb.

Qazet.az məlumatına görə, 266,9 km məsafəyə qrup yarışında belçikalı Remko Evenepul bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib.

Çempiondan 2 dəqiqə, 21 saniyə geri qalan fransalı Kristof Laport gümüş, avstraliyalı Maykl Metyus bürünc medala sahib çıxıb.