Bakı 17˚C Windy

Bələdiyyə sədri deputatı rinqdə döydü - Video

Gündəm 14:42 14 dek, 2021

3 raund davam edən döyüşün qalibi bələdiyyə sədri olub

Bələdiyyə sədri deputatı rinqdə döydü <span style="color:red">- Video</span>

Braziliyada iki siyasətçi rinqə çıxıb.

Qazet.az xəbər verir ki, Amazonas ştatının Bobra şəhərinin bələdiyyə sədri 39 yaşlı Simao Peksoto ilə 45 yaşlı keçmiş deputat Erineu Alvas Da Silva bir-biri ilə döyüşüblər.

İngiltərənin “Qardian” qəzetinin məlumatına görə, 3 raund davam edən döyüşün qalibi bələdiyyə sədri olub.

Yerli BNC agentliyi bildirib ki, tərəflər arasında siyasi gərginlik ötən aydan başlayıb. Keçmiş deputat bələdiyyə sədrini “küçə döyüşçüsü” adlandıraraq, rinqə dəvət edib. Bələdiyyə sədri Peksoto isə dəvəti qəbul edib.