Bələdiyyələrlə bağlı qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib
Gündəm
18:19 17 noy, 2021
Dəyişikliklə yerli əhəmiyyətli tikinti materialları üzrə bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid edilir

Milli Məclisin bu gün keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Qazet.az-ın xəbərinə görə, dəyişikliklə bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır.
Belə ki, dəyişikliklə yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid edilir.
Qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.