Bakı 16˚C Sunny

Benzema Makronun dünya çempionatının finalını birgə izləmək təklifini qəbul etməyib

İdman 01:33 18 dek, 2022
Benzema Makronun dünya çempionatının finalını birgə izləmək təklifini qəbul etməyib

Fransa millisinin hücumçusu Kərim Benzema Fransa Prezidenti Emmanuel Makronun dünya çempionatının finalında birlikdə izləmək təklifini rədd edib.

Qazet.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Nəşrin məlumatına görə, zədə səbəbindən turniri buraxan hücumçu prezident təyyarəsi ilə Qətərə tamaşaçı kimi gedə bilərdi, lakin bu dəvəti qəbul etməyib.

Qeyd olunub ki, Benzema hələ də komandanı dəstəkləyir və Argentina ilə qarşılaşmada titul qazanmasını istəyir.