Bakı 15˚C Intermittent clouds

Benzema rekorda şərik çıxdı

İdman 09:50 12 yan, 2023
Benzema rekorda şərik çıxdı

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

Qazet.az xəbər verir ki, fransalı hücumçu İspaniya Superkubokunun yarımfinalında “Valensiya” ilə oyunda qol vuraraq buna nail olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Benzema Superkubokda ardıcıl 5-ci matçda fərqlənməyi bacarıb. Ona qədər 2010-2012-ci illərdə “Barselona”nın heyətində Messi Superkubokun ardıcıl 5 görüşündə rəqib qapılarına yol tapa bilib. Argentinalı həmin oyunlarda ümumilikdə 8 qol vurubsa, Benzemada bu göstərici 5-ə bərabərdir.

Benzema, eyni zamanda, İspaniya Superkubokunun ikinci ən yaşlı qolçusudur. O, 35 yaş 23 günlüyündə fərqlənib. Bu baxımdan birinci yerdə 36 yaş 129 günündə turnirdə “Real”ın heyətində qol vuran yarımmüdafiəçi Luka Modriç qərarlaşıb.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda “Valensiya”nı penaltilər seriyası sayəsində (4:3) məğlub edən “Real” Superkubokda finala yüksəlib. Yarımfinal mərhələsinin digər oyunu bu gün “Betis”lə “Barselona” arasında keçiriləcək.