Bakı 26˚C Intermittent clouds

Benzinin qiyməti niyə qalxıb? - SOCAR-dan AÇIQLAMA

Biznes 10:11 15 sen, 2021

SOCAR günün sualını açıqlayıb

Benzinin qiyməti niyə qalxıb? - SOCAR-dan AÇIQLAMA

Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır.

Bunu açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Xatırladaq ki, bu gündən sözügedən yanacaq növlərinin 1 litri müvafiq olaraq 1,9 manata və 1,6 manata satılır.