Bakı 4˚C Dreary

Bərdədə ağacları kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib

Hadisə 16:05 15 noy, 2021

Dəyən ziyanla bağlı toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilmişdi

Bərdədə ağacları kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Qazet.az xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 12 950 manat məbləğində ziyan dəydiyi məlum olub.

O deyib ki, qəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanan sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib.

Xidmət rəsmisi onu da qeyd edib ki, sözügedən şəxs bu ilin 27 oktyabr tarixində də eyni ərazidə ağacları kəsdiyinə və təbiətə 13 600 manat məbləğində ziyan vurduğuna görə onunla bağlı toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilmişdi.