Bərdədə narkotik satan şəxslər saxlanılıb
Gündəm
12:35 01 dek, 2022
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitələriin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - Mustafa Nəsibov və Qurban Nuriyev saxlanılıblar.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, onların evinə və üzərinə baxış keçirilən zaman M.Nəsibovdan metamfetamin, marixuana, elektron tərəzi və süngü bıçaq, Q.Nuriyevdən isə metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.