Bakı 8˚C Sunny

Bərdədə ticarət obyektlərində yanğın olub

Hadisə 12:31 08 dek, 2021

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bərdədə ticarət obyektlərində yanğın olub

Bərdə rayonunda yanğın hadisəsi olub.

Bu barədə Qazet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Güloğlular kəndində ümumi sahəsi 400 m² olan bir dam altında tikilən ticarət obyektlərindən sahəsi 40 m² olan qarışıq mallar mağazasının və sahəsi 4 m² olan gözətçi otağının yanar konstruksiyaları yanıb. Bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.