Beren Saat və Kıvanç Tatlıtuğ illər sonra yenidən bir arada: “Netflix”də yayımlanacaq
Maraqlı
09:43 16 iyl, 2022
“Aşk-ı Memnu”dan sonra ilk dəfə bir araya gələcək

Beren Saat və Kıvanç Tatlıtuğ “Aşk-ı Memnu”dan sonra ilk dəfə bir araya gələcək.
Qazet.az “Haber Global”a istinadən xəbər verir ki, “Kanal D” ekranlarında tamaşaçılarla görüşən “Aşk-ı Memnu” serialında Bihter və Behlül obrazlarını canlandıran aktyorlar Beren Saat və Kıvanç Tatlıtuğun illər sonra bir araya gələcəyi layihə bəlli olub. Tezliklə İstanbul səhnələri çəkiləcək olan filmdə Nyu York səhnələri də olacaq.
Filmin Netflix-də yayımlanacağı bildirilir.