Berlində minlərlə insan küçələrə axışdı - VİDEO
![Berlində minlərlə insan küçələrə axışdı - VİDEO](https://qazet.az/resized/fit900x500/center/pages/115421/https-cdncnncom-cnnnext-dam-assets-220926085921-01-iran-protest-0921.jpg)
İranın əxlaq siyasəti ilə hicabını düzgün geyinmədiyi iddiasıyla həbs olunduqdan sonra vəfat edən 22 yaşlı Məhsanın ölümünə qəzəb duyan bütün ölkələrdə həftələrdir davam edən ümummilli etirazlar davam edir.
Qazet.az xəbər verir ki, Berlində İranlı qadınların oyanışına minlərlə dəstək olan insanlar ayağa qalxıb, etirazlarını bildirib.
Bu barədə Təbrizli fotoqraf Reza Diqqəti "İnstagram" hesabında paylaşım edib. Paylaşımda qeyd olunur ki, "Qadın Həyat Azadlıq Berlin. 1989-cu ildə Berlin divarının dağılmağını gördüm. Bu gün mən İran İslam Respublikasının yıxıldığını hiss edirəm. Tezliklə milyonlarla insan İran küçələrində yürüş edəcək və rəqs edə biləcək. İranda İslam Respublikasının və onun müttəfiqi Talibanın Əfqanıstanda sonu görünür".
Həmin görüntüləri təqdim edirik: