Bakı 22˚C Windy

Bəşər Əsəd iranlı generalı vəzifəsindən azad etdi

Gündəm 04:12 12 noy, 2021

Mənbənin sözlərinə görə, Suriyadakı Əl-Qüds bölmələrinin və iranpərəst silahlı birləşmələrin komandiri Mustafa Qafari ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən malların idxalına və dövlət və özəl Suriya bazarı ilə rəqabət aparan “qara bazar”ın təşkilinə şərait yaradıb.

Bəşər Əsəd iranlı generalı vəzifəsindən azad etdi

Bəşər Əsəd Suriya ərazisindəki İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” qüvvələrinin komandanı Mustafa Cavad Qafarini vəzifəsindən uzaqlaşdırıb.

“Qazet.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədat” telekanalı məlumat yayıb.

Nəşr bildirir ki, Suriya rejiminin bu addımına səbəb korrupsiya, suverenliyin pozulması və Qafarinin İsrail və ABŞ-a qarşı icazəsiz hərəkətləri olub.