Bakı 9˚C Intermittent clouds

"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir ciddi itki ilə üzləşib

Gündəm 16:31 06 dek, 2021

Yarımmüdafiəçi Miralem Pyaniç qarşılaşmanı buraxmalı olacaq

"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir ciddi itki ilə üzləşib

Türkiyənin "Beşiktaş" komandası Almaniyada Dortmund "Borussiya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununa ciddi itki ilə çıxacaq.

Qazet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Miralem Pyaniç qarşılaşmanı buraxmalı olacaq.

31 yaşlı oyunçuya tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Daha əvvəl Kevin N Kudunun 3 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, dekabrın 7-də oynanılacaq "Borussiya" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.