"Beşiktaş" braziliyalı futbolçunun müqaviləsini ləğv edib
İdman
20:16 02 iyl, 2022
32 yaşlı braziliyalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub
Türkiyənin "Beşiktaş" klubu futbolçusu Aleks Teyşeyra ilə yollarını ayırıb.
Qazet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Qeyd edək ki, Aleks Teyşeyra 2021-ci ilin avqustunda "Beşiktaş"a keçib.