"Beşiktaş" bu futbolçu ilə yollarını ayırdı
İdman
13:12 18 noy, 2022
"Beşiktaş" futbolçusu Tayler Boydla yollarını ayırıb.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. ABŞ millisinin üzvünün müqaviləsinin ləğv olunduğu göstərilib.
Qeyd edək ki, "Beşiktaş" Tayler Boydu 2019-ci ilin yayında " Vitoria Gimaraeş"dən transfer edib. 27 yaşlı vinger son iki mövsümü icarə əsasında "Sivasspor" və "Riszəspor"da keçirib. Boyd cari mövsümdə "Beşiktaş"ın heyətində 45 dəqiqə meydanda olub.