Bakı 5˚C Mostly cloudy

"Yeni müharibələr olacaq" - Bəşşar Əsəd ABŞ-ın Əfqanıstan məğlubiyyətindən danışdı

Gündəm 12:14 28 okt, 2021

Suriya prezidentinin sözlərinə görə, ordu xalqın inamı sayəsində güclü qalıb

"Yeni müharibələr olacaq" - <span style="color:red">Bəşşar Əsəd ABŞ-ın Əfqanıstan məğlubiyyətindən danışdı</span>

ABŞ-ın Əfqanıstan və İraqda məğlubiyyəti yeni müharibələrə səbəb olacaq.

Qazet.az xəbər verir ki, bunu Suriya prezidenti Bəşşar Əsəd ölkə ordusunun yüksək komandanlığı və qərargahının kurslarını bitirmiş zabitlər qarşısında çıxış edərkən deyib.

Bəşşar Əsəd qeyd edib ki, ölkəsi 2011-ci ildən bu günədək müharibədə on minlərlə itki verib, xeyli sayda insan yaralanıb.

Suriya prezidentinin sözlərinə görə, ordu xalqın inamı sayəsində güclü qalıb.

Bundan əvvəl ABŞ-ın minlərlə muzdlunu Suriya-İraq sərhədinə yerləşdirməsi barədə xəbərlər yayılıb.