Bəstəkar Adil Bəbirov Kanadada dünyasını dəyişdi
Maraqlı
01:11 27 sen, 2021
Adil Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub.
Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 87 yaşında Kanadada dünyasını dəyişib.
“Qazet.az” xəbər verir ki, bu barədə yazıçı-şair Aqşin Babayev sosial şəbəkədə məlumat paylaşıb.
Qeyd edək ki, Adil Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub. “Bilirsən özün”, “Oyan”, “Taleyim olar”, “Görüşə gəl”, “Çiçək açar ömrümüz”, “Ana laylası”, “İncitmə məni”, “El üçün”, “Özünlə apar”, “Ceyran baxışlı yar”, “Bənövşə”, “Salam olsun”, “Ey vətən”, “Yurd yeri” və s. mahnıların müəllifidir.