Betmen barədə yeni filmin treyleri təqdim olunub - VİDEO
Maraqlı
18:12 18 okt, 2021
Məhşur komiks filmi yenidən səhnələrdə

Hollivudun "Warner Bros. Pictures" kinostudiyası Betmen barədə yeni filmin rəsmi treylerini təqdim edib.
Qazet.az “Latimes”a istinadən xəbər verir ki, təqdimat videosu studiyanın sosial şəbəkə səhifələrində paylaşılıb.
Filmdə komiks qəhrəmanını "Alatoranlıq" silsiləsindən tamaşaçılara yaxşı tanış olan Robert Pattinson canlandırıb.
Yeni "Betmen"in rejissoru Mett Rivzdir.
Ekran əsəri martın 3-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.