Beyləqanda ev yanıb
Hadisə
00:07 05 yan, 2023
![Beyləqanda ev yanıb](https://qazet.az/resized/fit900x500/center/pages/137097/yangin-1.jpg)
Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvar yanıb.
Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.