Beyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub - YENİLƏNİB
Bəyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub.
Qazet.az xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:
Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;
Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;
Quluzadə Amin Nadir oğlu – 26 yaş;
Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;
Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
***
Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.
Qazet.az xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.
***
Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.
Qazet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.