Beyləqanda piyadanı avtomobil vurub
Hadisə
04:48 30 dek, 2022
Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az-ın məlumatına görə, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Xasməmmədov Rəşad Bayram oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması və sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.