Bakı 26˚C Intermittent clouds

Beyləqanda yük avtomobili yol kənarına aşdı

Hadisə 11:33 03 iyl, 2022

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub

Beyləqanda yük avtomobili yol kənarına aşdı

Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, nəticədə avtomobilin taxtadan ibarət banının yanar hissələri və banına yığılan 3 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.