"Beynəlxalq ictimaiyyət bizə deyir ki, bəsdir" - Paşinyan
Siyasət
16:43 18 noy, 2021
Paşinyan problemlərin həll yolundan danışıb
"Beynəlxalq ictimaiyyət bizə deyir ki, bəsdir. Probleminizi özünüz həll edin".
Qazet.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, baş verən hadisələrə Ermənistan hökumətinin qərarsız addımları səbəb olur.
"Mən bunu gizlətmirəm və açıq şəkildə deyirəm. Biz həll yollarına getmək istəyib-istəmədiyimizə qərar verməliyik. Bizim missiyamız ondan ibarətdir ki, həll yollarını tapmalıyıq. Amma onu da başa düşməliyik ki, hər hansı bir həllin bizim üçün məqbul olacağı anlamına gəlmir", - deyə Nikol Paşinyan qeyd edib.