Beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçirilir
Siyasət
16:30 18 okt, 2021
Açıq dinləmələr 2 gün davam edəcək
BMT-nin Beynəlxalq Məhkəməsində Azərbaycanın Ermənistana qarşı İqri ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyasının pozulması iddiası ilə əlaqəli dinləmələrə başlanılıb.
Qazet.az xəbər verir ki, açıq dinləmələr 2 gün davam edəcək.
COVID-19 pandemiyası səbəbindən dinləmələr hibrid formatda keçirilir. Bəzi məhkəmə üzvləri şəxsən Böyük ədalət zalında keçirilən dinləmələrdə iştirak etsələr də, bəzi üzvlər videoəlaqə vasitəsilə qoşulublar.
Tərəflərin nüçmayəndələri də şəxslən və ya viddeoəlaqə vasitəsilə dinləmələrə qoşulublar.