Beynəlxalq Qızıl Xaç Komitəsi Füzulidə polis əməkdaşlarına təlim keçib
Gündəm
14:43 22 dek, 2021
Təlimdə vizual materiallar əsasında minalar və silah qalıqlarının yarada biləcəyi təhlükələr haqqında ətraflı məlumatlar verilib

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Füzuli rayonunda təhlükəli ərazilərdə xidmət aparan polis əməkdaşları üçün mina və digər partlayıcı vasitələrlə davranış qaydaları mövzusunda təlim keçirilib.
Qazet.az-ın əldə etdiyi məlumata görə, təlimdə vizual materiallar əsasında minalar və silah qalıqlarının yarada biləcəyi təhlükələr haqqında ətraflı məlumatlar verilib.
Daxili işlər nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.