Bakı 2˚C Mostly cloudy

Beynəlxalq Tolerantlıq Günü - Azərbaycanın həyat tərzi

Cəmiyyət 13:17 16 noy, 2021

Bu gün dünyada “Beynəlxalq Tolerantlıq Günü”dür

<span style="color:red">Beynəlxalq Tolerantlıq Günü</span> - Azərbaycanın həyat tərzi

Bu gün dünyada “Beynəlxalq Tolerantlıq Günü”nü qeyd edilir. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib.

Tolerantlıq dedikdə bir ölkədə yaşayan dini, irqi və etnik azlıqlara qarşı dözümlü və hörmətlə yanaşma deməkdir. Azərbaycan bu mənada dünyaya nümunə sayıla biləcək ölkələrdəndir. Bir çox etnik azlıqlar, müxtəlif dinlərin nümayəndələri min illər boyu bu torpaqlarda yaşayıb yaradıblar. Bir çox mədəniyyətlərin, sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanda tolerantlıq yaşayış tərzinə çevrilib.

Burada yaşayan müxtəlif millətlər özlərini bu torpağın övladı hesab edir və Azərbaycanın inkişafına öz töhfəsini verirlər. Belə ki, 44 gün davam edən “Vətən Müharibəsi” göstərdi ki, bu millətlər vahid yumruğa çevrilib, Azərbaycanı düşməndən qorumaq üçün öz canlarından keçməyə belə hazırdırlar.

Azəri Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov Azərbaycanda tolerantlıq haqda fikirlərini Qazet.az-a danışıb.

“Tarix boyu Azərbaycanda çoxlu xalqların və dinlərin nümyəndələri yaşayıb, yaşayırlar, nəsil artırırlar, inkişaf edirlər və inkişafa töhfə verirlər. Tolerantlıq bu xalqların ruhunda canındadır. Bu, dözümlü olmaq deməkdir, əxlaqi dəyərlərə riayət etməklə başqasının mədəniyyətinə hörmət etmək və sözünü dinləmək və ona dözmək deməkdir. Bu mənada Azərbaycanda çox münbit şərait və ab-hava var”, - deyə İB sədri qeyd edib.

Elman Əhmədov Azərbaycanda yaşayan xalqların mədəniyyət mərkəzlərinin nümayəndələrinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dəfələrlə tədbirlərdə iştirak etdiklərini vurğulayıb: “Bu yaxınlarda “Axıska türklərinin vətəndən qovulmasının 77-ci ildönümü” ilə əlaqədər toplaşmışıdq. Biz bu tədbirdə öz münasibətimizi bildirmişdik. Bu cür tədbirlər çox olur və bir sıra məsələlər müzakirə olunur. Azərbaycan multikultural bir diyardır. Burada tolerantlıq həyat normasıdır. Bütün xalqların nümayəndələri çox rahat yaşayıb yaradırlar”.

Azərbaycan Qumıxları İctimai Birliyinin sədri Zaur Niftiyev Azərbaycanda etnik azlıqların yaşayışı üçün yüksək şəraitin olduğunu bildirib: “Azərbaycan kimi cəmiyyətdə etnik azlıqların yaşaması üçün çox ideal şərait var. Azərbaycanda bütün dinlərə, millətlərə çox gözəl münasibət var. Qumıxların azərbaycanlılarla təması çox gözəldir, nəzərə alaq ki, hər ikisi türkdilli xalqdır. Bizə bir çox ölkələrdən də zəng edirlər və mən də onlara ölkəmizdəki nümunəvi vəziyyətdən bəhs edirəm”.

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.