Bakı 5˚C Showers

Beynin qocalmasının qarşısını alan qida - Nevroloq açıqladı

Maraqlı 08:15 07 okt, 2022
Beynin qocalmasının qarşısını alan qida - Nevroloq açıqladı

Balıq və Omeqa 3 beynin qocalmasının qarşısını alıb, onun sağlamlığını təmin edir.

Qazet.az xəbər verir ki, nevroloq Aleksandra Aleksina beyinin ən çox ehtiyac duyduğu qidanı açıqlayıb.

"Elmi araşdırmalar sübut edib ki, Omeqa 3 ilə zəngin qidalar yeməmək çoxsaylı koqnitiv problemlərə səbəb olur.

Yeni elmi iş beyinin ən çox Omeqa 3-ə ehtiyac duyduğunu göstərib.

İnsanlar yüksək olmayan dozada Omeqa 3 qəbul edərsə, daha doğrusu okean, dəniz balıqları yeyərsə, söz bazası, yaddaş və koqnitiv funksiyalarını yaxşılaşdıra bilərlər.

40-50 yaş arası insanlar üzərində aparılan tədqiqat eritrositlərdə Omeqa-3 olmasının beynin strukturu və koqnitiv fəaliyyətinə müsbət təsir etdiyini sübut edib.

Beynin Hippokamp hissəsinin tutumunu artırmaq üçün yüksək indeksli Omeqa 3 lazımdır.

Hippokampın sağlamlığı beynin qocalmasının qarşısını alır.

Yeni düşüncələr, geniş düşünmək və yeni informasiyaları yadda saxlamaq, öyrənmək üçün Omeqa 3 miqdarı çox olmalıdır.

Bu logik düşüncə qabiliyyətini də artırır.

Bir sözlə, beynini gücləndirmək istəyən yağlı dəniz və çay balıqları yesin.

Sintetik balıq yağından uzaq durun".