Bakı 6˚C Showers

Beyons Meqan Markla dəstək oldu

Maraqlı 14:35 10 mar, 2021

“Mən hamilə olduğum zaman körpəmin kral və ya şahzadə olmasını istəmirdilər. Dedilər ki, körpəmə təhlükəsizlik verilməyəcək. Oğlum dünyaya gələndə dəri rənginin nə qədər tünd olacağına dair söhbətlər oldu və bundan narahat oldular”

Beyons Meqan Markla dəstək oldu

“Mən hamilə olduğum zaman körpəmin kral və ya şahzadə olmasını istəmirdilər. Dedilər ki, körpəmə təhlükəsizlik verilməyəcək. Oğlum dünyaya gələndə dəri rənginin nə qədər tünd olacağına dair söhbətlər oldu və bundan narahat oldular”.

Qazet.az xəbər verir ki, bu sözləri Uels şahzadəsi Harrinin qaradərili ana və ağdərili atadan olan qızı Meqan Markl “CBS”ə səs-küylü müsahibəsi zamanı deyib. 

Lakin o, bu problemləri kimin qaldırdığını izah etməyib.

Bundan sonra, Markla ilk dəstək müğənni Beyonsdan gəlib. 39 yaşlı müğənn 2019-cu ildə Londonda Markl və Şahzadə Harrinin iştirak etdiyi premyerada çəkilən “Aslan Kral” filminin fotolarını veb saytında paylaşıb.

Tədbirdəki görüşdən paylaşılan videoda Beyonsun Meqan Markla “Mənim Şahzadəm” – deyə müraciət etdiyi eşidilir.

Premyeradan bir neçə ay əvvəl Beyons və həyat yoldaşı, repçi “Jay-Z” “Brit Awards” mükafatlandırma mərasimində Ən Yaxşı Beynəlxalq Qrup mükafatını qazanıb və Londondakı mərasimdə iştirak edə bilməsələr də, video-mesaj ilə öz təşəkkürlərini çatdırıblar.