Bakı 16˚C Partly sunny

Beyonse kilsə satın alıb

Maraqlı 14:35 01 mar, 2021

Popun divası Beyonse maraqlı yatırım edib.

Beyonse kilsə satın alıb

Üç uşaq anası olan ulduzun əsrlik kilsəni aldığı deyilir. Məşhur ulduzun kilsəni niyə almaq istədiyi hələ ki, naməlumdur.

TMZ-nin verdiyi xəbərə görə, ulduz Yeni Orleandakı yüz illik daş tikili olan kilsəni 850 min dollara satın alıb. Kilsə onun qardaşı Solanjenin evinə yaxın ərazidə yerləşir.

Günay Cavanşir