Beyonsu geyindirən azərbaycanlı modelyer evsiz qaldı-FOTO
Maraqlı
16:20 09 yan, 2023
Məşhur modelyer inşaat dələduzlarının qurbanı oldu.
Qazet.az xəbər verir ki, dünyaca məşhur modelyer və biznesmen Rüfət İsmayıl Türkiyədə inşaat dələduzları tərəfindən aldadıldı. Məlumata görə, o, İstanbulda tikilməkdə olan binada 280 min dollara dəbdəbəli bina alıb. Ancaq, tikinti şirkəti özünü iflasa uğramış elan edərək tikintini dayandırıb. Tanınmış dizayner həmin tikinti şirkəti ilə 2013-cü ildə müqavilə bağlamışdı. Türkiyəyə köçmək üçün Bakıdakı evini satan biznesmen indi nə Azərbaycanda,nə də Türkiyədə evinin olmadığını bildirib.
Hadisə ilə bağlı Rüfət İsmayıl məhkəməyə müraciət etsə də, araşdırmaların hələ davam etdiyini qeyd edib.