"Bəzi ölkələr Suriyadakı siyasi proseslərə dağıdıcı təsir göstərir" : Əsəd
Siyasət
09:22 14 sen, 2021
Əsəd bildirib ki, onlar ölkədə siyasi prosesləri hələlik dondurub.
Suriya Prezidenti Bəşər Əsəd Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bəzi ölkələrin Suriyada siyasi proseslərin keçirilmə ehtimalına təsir etdiyini bildirib.
Qazet.az xəbər verir ki, bu barədə məlumat Kremldə keçirilən danışıqlardan dərhal sonra Rusiya prezidentinin saytında yerləşdirilib.
Əsəd bildirib ki, onlar ölkədə siyasi prosesləri hələlik dondurub.
"Qeyd etmək istərdim ki, keçirdiyimiz siyasi proseslər təxminən üç ildir ki, dayandırılıb. Bunun müəyyən səbəbləri var. Siyasi proseslərə təsir göstərən müəyyən dövlətlər var" deyə Prezident danışıq zamanı bildirib.
-