"Bəzi vətəndaşlarımız İranın təsir altına düşərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar" - Siyavuş Heydərov
Azərbaycanda dünyəviliyin zəiflədilməsi, dinin siyasiləşdirilməsi, məzhəbçilik meyllərinin gücləndirilməsi istiqamətində canfəşanlıqla çalışanlar var
“Hətta bu gün də, bəzi vətəndaşlarımız İranın, digər ölkələrin təsir altına düşərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanın dünyəvi dövlət modeli, eləcə də multikultural və tolerant ənənələri çoxlarını qane etmir".
Qazet.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini radikalizm və ekstremizm, dini ayrı-seçkilik" mövzusunda keçirilən konfransda deyib.
"Bəzi qüvvələr Azərbaycanda dünyəviliyin zəiflədilməsi, dinin siyasiləşdirilməsi, məzhəbçilik meyllərinin gücləndirilməsi istiqamətində canfəşanlıqla çalışırlar. Ancaq bildirmək istəyirəm, dövlətimiz öz ideoloji sütunlarını qorumaq üçün kifayət qədər qüdrətə və imkanlara sahibdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də digər müvafiq dövlət qurumlarımız bu kimi cəhdlərin qarşısını alır və bundan sonra da alacaq”, - Dövlət Komitəsinin sədr müavini bildirib.